Almaniya "Tomahawk" raketlərini öz ərazisində istehsal edəcək

Almaniya "Tomahawk" raketlərini öz ərazisində istehsal edəcək

Almaniya hökuməti ABŞ-dən Amerika silahlarının məhz Almaniya ərazisində istehsalına icazə verilməsini tələb edir. Bu addım Avropanın yenidən silahlanma prosesini sürətləndirmək və eyni zamanda Donald Trampı NATO-ya sadiq qalması üçün iqtisadi cəhətdən həvəsləndirmək məqsədi daşıyır.

NOCOMMENT.az xəbər verir ki, hazırda tərəflər arasında "Tomahawk" qanadlı raketlərinin və təkmilləşdirilmiş "Patriot" (PAC-3) raketlərinin birgə istehsalı müzakirə olunur. Bəzi məlumatlara görə, amerikalı rəsmilər bu təşəbbüsə gözlənildiyindən daha müsbət yanaşıblar.

Berlin rəsmiləri hesab edirlər ki, Almaniyanın güclü sənaye bazası ABŞ-nin istehsal sahəsindəki çətinliklərini aradan qaldıra bilər və Rusiyadan gələn təhdidlərə qarşı Avropaya silah tədarükünü ciddi şəkildə sürətləndirər. Qeyd edək ki, tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində "Rheinmetall" şirkəti artıq F-35 qırıcılarının gövdə hissələrini və "Patriot" raketlərini birgə istehsal edir.

Sara,
NOCOMMENT.az