Gümrüdə yerləşən “Ana Ermənistan” memorial kompleksində abidələrin üzərindəki qızılı hərflərin qoparılması nəticəsində onlara ziyan vurulması faktı ilə bağlı 41 yaşlı kişi saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə 9 iyun tarixində baş verib. Memorialın dekorativ elementlərinin zədələnməsi ilə bağlı materiallar 11 iyunda polisə daxil olub və bundan sonra Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi (dövlət tərəfindən qorunan tarixi və ya mədəni abidənin məhv edilməsi və ya zədələnməsi) üzrə cinayət işi açılıb.
Qurumun yaydığı məlumata əsasən, 14 iyunda polis əməkdaşları hadisədə Gümrünün Muş-2 məhəlləsində yaşayan 41 yaşlı şəxsin mümkün iştirakı barədə məlumat əldə ediblər. Şübhəli həmin gün saxlanılaraq Şirak vilayəti polis idarəsinə aparılıb. Daha sonra o, iş materialları ilə birlikdə Şirak vilayəti İstintaq İdarəsinə təhvil verilib./Musavat.com /











