Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın kadr islahatları və mühüm təyinatlar zamanı qeyri-adi üsullara əl atdığı iddia edilir. İttiham tərəfinin verdiyi məlumata görə, Yermak dövlət əhəmiyyətli qərarlar qəbul etməzdən əvvəl "baxıcı" və ya "falçı" ilə məsləhətləşib.
NOCOMMENT.az xəbər verir ki, prokurorun açıqlamasına görə, Prezident Ofisinin keçmiş rəhbərinin sürücüsünün avtomobilində aparılan axtarış zamanı Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) planlaşdırılan kadr dəyişiklikləri ilə bağlı sənədlər aşkar edilib.
Müsadirə edilən sənədlər arasında "Maksimum proqram", "Orta proqram" və "Minimum proqram" başlıqlı üç vərəq tapılıb. Həmin siyahılarda hazırda SBU-da yüksək vəzifələr tutan şəxslərin adlarının yer aldığı bildirilir. Bu sənədlərin dövlət sirri və kadr siyasətinə kənar müdaxilə baxımından ciddi araşdırma predmeti olduğu vurğulanır.
Sara,












