Məşhur siyasətçinin qızı atasının məzarına buraxılmadı – QALMAQAL

Məşhur siyasətçinin qızı atasının məzarına buraxılmadı – QALMAQAL

Ayyüce Türkeş Taş Türkiyədə atasının məzarını ziyarət etməsinə maneə törədildiyini və onu müşayiət edən polis əməkdaşına hücum olunduğunu iddia edib.

NOCOMMENT.az xəbər verir ki, İYİ Partiyası sədr müavini olan Ayyüce Türkeş Taş bildirib ki, atası Alparslan Türkeşin ölümünün 29-cu ildönümündə məzarını ziyarət etmək istəyərkən onların qarşısı alınıb.

Onun sözlərinə görə, ziyarət zamanı onu müşayiət edən dövlət polis əməkdaşına da hücum edilib.

Sosial media hesabında video paylaşan Ayyüce Türkeş Taş hadisəyə sərt reaksiya verib. O bildirib ki, ziyarətə iki azyaşlı qızı ilə birlikdə gəlib və yaşanan hadisələr uşaqlara da mənfi təsir edib:

“Atam Başbuğ Türkeşin ölümünün 29-cu ildönümündə yenə məzarını ziyarət etməyimizə icazə verilmədi. Məni müşayiət edən dövlət polis məmuruna hücum edildi. Biri 10, digəri 6 yaşında olan iki qızım məzardan ağlayaraq çıxdılar”, – deyə o qeyd edib.

Ayyüce Türkeş Taş Türkiyə rəhbərliyinə də səslənərək hadisəyə etiraz edib. O, paylaşımında “Ankaranın ortasında təhlükəsiz deyilik, dövlət haradadır?” sözlərini yazaraq Ankarada baş verən hadisəyə reaksiya verib.

Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

ALPARSLAN TÜRKEŞ RENKLİ KARTPOSTAL 1970'LER - Efemera - kitantik | #10482312000002

Başbuğ Türkeşi kimdir?

Başbuğ Türkeş kimi tanınan şəxs əslində Alparslan Türkeşdir. O, Türkiyənin tanınmış siyasətçilərindən biri və türk milliyyətçi hərəkatının liderlərindən hesab olunur.

Alparslan Türkeş 1917-ci ildə anadan olub, 1997-ci ildə vəfat edib. O, uzun illər Türkiyə siyasətində mühüm rol oynayıb və Milliyyətçi Hərəkat Partiyasının – Milliyyətçi Hərəkat Partiyası (MHP) qurucusu və lideri olub. Tərəfdarları onu “Başbuğ” adlandırırdı. “Başbuğ” sözü türk dilində “lider”, “baş komandan” mənasını verir və Türkeşə siyasi lider kimi verilmiş bir tituldur.

Türkeş xüsusilə türk milliyyətçiliyi ideologiyasının əsas simalarından biri sayılır. Onun irəli sürdüyü “Doqquz İşıq doktrinası” uzun illər Türkiyədə milliyyətçi siyasi düşüncənin əsas istiqamətlərindən biri olub.

O, həmçinin 1960-cı il hərbi çevrilişində iştirak edən zabitlərdən biri olub və daha sonra siyasətə qoşularaq parlamentdə deputat, baş nazir müavini kimi vəzifələrdə çalışıb.

Bu gün də Türkiyədə milliyyətçi siyasi düşüncənin ən önəmli simalarından biri kimi xatırlanır və məzarı Ankarada yerləşir.

Turan
NOCOMMENT.az