Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı

Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı

Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 26 yaşlı kişinin meyiti tapılıb.

NOCOMMENT.az-a istinadla xəbər verir ki, kanalın rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.