İdman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişən 13 yaşlı fiqurlu konkisürən Aleksandr Plyuşşenko bu qərarına qarşı səslənən tənqidlərə münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, Aleksandr Plyuşşenko “Sport-Ekspress” nəşrinə açıqlamasında ona ünvanlanan neqativ reaksiyaların onun üçün heç bir əhəmiyyət daşımadığını deyib.
“Düzünü desəm, mənə fərqi yoxdur. Əgər məni tənqid edirlərsə, deməli, maraq doğururam. Məni tənqid etməsəydilər, bu o demək olardı ki, heç kimin diqqətini çəkmirəm. Üstəlik, haqqımda hər cür cəfəngiyyat yazıblar. Kiminsə xoşuna gəlmirsə, baxmasın. Mən buna hazır idim, məni doğulduğum gündən tənqid edirlər”, – deyə gənc idmançı bildirib.
Plyuşşenko qərarının yaxın ətrafı tərəfindən tam dəstəkləndiyini vurğulayıb: “Bütün dostlarım və yaxınlarım məni dəstəklədi. Məsələn, Dima Bilan dedi ki, məni tənqid etməyə heç bir əsas yoxdur. Mən sadəcə beynəlxalq arenada çıxış etmək istəyirəm”.
Xatırladaq ki, Aleksandr Plyuşşenko ötən ay idman vətəndaşlığını rəsmən Rusiyadan Azərbaycana dəyişib.
Əli Səfərli,











