"Biz taxt-tac üçün deyil, xalqın azadlığı üçün vuruşuruq" — Şahzadə Nur

"Biz taxt-tac üçün deyil, xalqın azadlığı üçün vuruşuruq" — Şahzadə Nur

İran şahının mühacirətdə olan ailəsi Tehrandakı mövcud rejimə qarşı mübarizəni və gələcək planlarını növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Pəhləvilər sülaləsinin gənc nümayəndəsi ailəsinin əsas hədəfinin hakimiyyət deyil, xalqın seçmək hüququ olduğunu bəyan edib.

NOCOMMENT.az
xəbər verir ki, İranın mühacirətdə olan şahzadəsi Nur Pəhləvi bu gün (çərşənbə axşamı) verdiyi rəsmi bəyanatda ailəsinin 47 ildir azadlıqdan məhrum edilmiş iranlıların hüquqları uğrunda mübarizə apardığını bildirib.

Oslo Azadlıq Forumunda çıxış edən şahzadə atası, şahzadə Rza Pəhləvinin və bütün ailəsinin İranda azad seçkilərin keçirilməsinə çalışdığını vurğulayıb: "Atamın və ailəmizin yeganə bir məqsədi var: iranlıların öz gələcəklərini özlərinin müəyyən edəcəyi azad və ədalətli seçkilərə keçidi təmin etmək. Biz taxt-tac üçün deyil, 47 ildir bu imkandan məhrum edilmiş bir xalqın azadlığı uğrunda mübarizə aparırıq".

Turan

NOCOMMENT.az