İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın xəbərinə görə, "Opel" markalı avtomobillə motosikletin toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.(report)














