Meksika sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin Meksikanın Aquiles Serdan şəhərindən 48 kilometr cənub-qərbdə baş verdiyini açıqlayıb. Məlumata görə, Sakit okeanda qeydə alınan zəlzələnin episentri 15,2 kilometr dərinlikdə yerləşib. Həmçinin bölgədə 5,3 bal gücündə daha bir zəlzələnin baş verdiyini açıqlanıb. Bildirilir ki, ikinci zəlzələ Meksikanın Puerto Madero şəhərindən 93 kilometr cənub-qərbdə, Sakit okeanda və 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələlərin fəsadları ila bağlı məlumat verilməyib.










