Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb. oxu.az