Fransa Prezidenti Emmanuel Makron Çinlə ticarət münasibətlərindəki balanssızlığın Avropa iqtisadiyyatı üçün yaratdığı təhlükələrdən bəhs edib.
NOCOMMENT.az xəbər verir ki o, Çinə qarşı olmadığını, lakin mövcud ticarət qaydalarının Avropanın mənafeyinə zərər verdiyini açıq şəkildə ifadə edib.
Makron qeyd edib ki, Avropanın Çinlə ticarət kəsiri hər il daha da dərinləşir və bu, Avropa daxilində on minlərlə iş yerinin itirilməsinə səbəb olur. Fransa liderinin sözlərinə görə, Avropa sadəcə Çin mallarını idxal edən bir bazara çevrilməməlidir. O, texnoloji inkişafın təmin olunması üçün texnologiya transferinin vacibliyini vurğulayaraq, xüsusilə kimya və avtomobil sənayesi kimi sahələrdə daha sıx investisiya və əməkdaşlığın zəruri olduğunu bildirib.
Prezidentin ən çox diqqət çəkdiyi məqamlardan biri Çinin öz sənayesinə verdiyi subsidiyalarla bağlı olub. Makronun fikrincə, Çinin öz sənayesinə yatırdığı subsidiyaların həcmi Avropanın imkanlarından orta hesabla səkkiz dəfə çoxdur: "Bu, rəqabət şərtlərini pozur. Biz ticarət qaydalarını yenidən balanslaşdırmalıyıq".
Makron hesab edir ki, əgər Avropa öz sənayesini qorumaq və texnoloji müstəqilliyini təmin etmək istəyirsə, Çinlə münasibətlərdə daha ədalətli və rəqabətə davamlı yanaşma nümayiş etdirməlidir.
Sara,










