Video-bloger Günel Ağayeva qarşı xüsusi ittiham qaydasında qaldırılan məhkəmə prosesi yekunlaşıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Unikal"a xüsusi ittihamçının nümayəndəsi Aqşin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Nizami rayonu məhkəməsində keçirilən son prosesdə tərəflər arasında barışıq əldə olunub.
Barışığa səbəb, Günel Ağayevanın öz "TikTok" və "instaqram" hesablarında xüsusi ittihamçını "dələduz" və "maşennik" adlandıraraq, onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığına görə üzür istəməsi və bu barədə olan postu həmin hesablarda paylaşım etməsi olub.
Eyni zamanda, video - bloger xüsusi ittihamçının qaldırdığı maddi zərəri də ödəyib.
Qeyd edək ki, Video - blogerə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işi açılmışdı.










