Bu ölkənin prezidenti yoxa çıxdı

Bu ölkənin prezidenti yoxa çıxdı

Dünyanın ən yaşlı dövlət başçısı, 93 yaşlı Kamerun Prezidenti Pol Biya iki aydan çoxdur ki, ölkəni tərk edib və ictimaiyyət qarşısına çıxmır.

NOCOMMENT.az xəbər verir ki, xarici mediaya istinadən yayılan məlumatlara görə, Pol Biya iyunun 7-də Avropaya qısamüddətli şəxsi səfər adı ilə Kamerunu tərk edib. Lakin gözlənilmədən səfər həddindən artıq uzanıb və hazırda onun İsveçrədə olduğu bildirilir.

Prezidentin bu qədər uzun müddət ölkədən kənarda qalması yerli müxalifətin sərt tənqidlərinə tuş gəlib. Müxalifət qüvvələri ölkədə faktiki olaraq hakimiyyət boşluğunun yarandığını bəyan edirlər.

Xatırladaq ki, Pol Biya 1982-ci ildən bəri fasiləsiz olaraq Kameruna rəhbərlik edir. O, 2025-ci ildə keçirilən növbəti prezident seçkilərində də qalib gələrək hakimiyyətini qoruyub saxlayıb.