Sumqayıtda 19 yaşlı gənc bədbəxt hadisə nəticəsində həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birində qeydə alınıb.
2007-ci il təvəllüdlü İsmayılzadə Elnur Vidadi oğlu usta köməkçisi işlədiyi müəssisədə iş zamanı damdan yıxılıb. Nəticədə ağır xəsarətlər alan gənc xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.










