Qazaxıstanın “Air Astana” aviaşirkəti Dubay istiqamətində uçuşları yenidən bərpa edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məlumata görə, İranın hava məkanının bağlanması səbəbilə uçuşlar dəyişdirilmiş marşrutla - Pakistan üzərindən icra olunacaq.
Bildirilib ki, iyunun 20-dən etibarən Almatı–Dubay–Almatı, iyulun 10-dan isə Astana–Dubay–Astana marşrutu üzrə birbaşa reyslər həyata keçiriləcək.












