Cenevrədə keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin iki qanada bölündüyü bildirilir.
NOCOMMENT.az xəbər verir ki, buna səbəb ABŞ vasitəçiliyi ilə razılaşmanın imzalanmasının məqsədəuyğunluğu ilə bağlı fikir ayrılıqlarıdır.
“The Economist” nəşrinin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov hesab edir ki, Vaşinqtonun himayəsi altında Rusiya ilə tez bir zamanda razılaşma əldə olunması Kiyev üçün daha sərfəlidir. Onun fikrincə, “imkan pəncərəsi yaxın vaxtlarda bağlana bilər”.
Lakin Ukrayna nümayəndə heyətindəki digər danışıqlar iştirakçıları bu ssenariyə o qədər də meyilli deyillər və məsələyə daha ehtiyatla yanaşırlar.
Sara












