Serbiyanın paytaxtı Belqrad şəhərində bir neçə gündür axtarılan 27 yaşlı rusiyalı qız amansızlıqla qətlə yetirilib.
NOCOMMENT.az xəbər verir ki, Sankt-Peterburq sakini olan Lyudmilanın qalıqları paytaxtın ətraf ərazisində – Padinskaya Skela rayonundakı kanalda çamadanın içində aşkar edilib. Hadisə yerinə dərhal polis və kriminalistlər cəlb olunub, cəsəd isə Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilib. Qətldə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Xatırladaq ki, mərhum bir müddət əvvəl Belqrada gəlmişdi və iyulun 25-i axşam saatlarında Palilula rayonundakı gecə klubuna getməyə hazırlaşırdı. Saat 23:00 radələrində o, yaxınlarına sonuncu dəfə mesaj yazaraq əlaqəni kəsmişdi. Qızın rəfiqəsi onun kluba gedib-çatmadığını ehtimal edirdi. Ailəsi bir neçə gün ərzində rəsmi axtarışların başlamasına nail olmağa çalışmışdı.
Sara,













