İraqın Anbar əyalətində yerləşən hərbi infrastruktur hədəfə alınıb.
NOCOMMENT.az xəbər verir ki, baş verən güclü hücum nəticəsində ən azı 7 hərbçinin həyatını itirdiyi, 13 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
İraq Müdafiə Nazirliyi zərbələrdən dərhal sonra əraziyə axtarış-xilasetmə qüvvələrinin cəlb olunduğunu və işlərin hazırda davam etdirildiyini bəyan edib. Dağıntılar altından digər qurbanların çıxarılma ehtimalı istisna edilmir.
Xatırladaq ki, regionda gərginlik pik həddədir; ötən gün İraqdakı şiə qruplaşmalarına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı 15 nəfər məhv edilmişdi. Son hadisə bölgədəki hərbi qarşıdurmanın daha da alovlanmasından xəbər verir.
Sara,
NOCOMMENT.az












