Dünyada internet icad olunandan adi insanlar üçün hələ də müəmma kəsb edən gözəgörünməz varlıqlar haqqında məlumat toplamağa çalışıram.
Filmlərin, serialların, sənədli filmlərin və kitabların mövzusu olan o varlıqlar – Reptilianlar fakt olaraq görülməyib. Amma ehtimallar o qədər çoxdur ki…
Demək olar ki, dünyanın istənilən nöqtəsində bu mövzu movcuddur və dünyanın istənilən nöqtəsində yaşayan insanlar fakta yox ehtimallara daha çox inanır.
Bizim mediamız bəlkə də bu mövzuya ən az müraciət edən medialardan biridir. Niyə belədir bilmirəm, amma bilgi yoxdur.
Məsələn, bir neçə il əvvəl El ROMAN adlı bir yazarımız mövzunu işıqlandımışdı. O yazırdı:” “Reptilianlar – xalq arasında bilinən adı ilə desək, kərtənkələ insanlar. Onlara “sürünən insan” və ya “drakonian” da deyilir.
Bir inanca görə, reptilianlar min illər əvvəl başqa planetlərdən gəliblər və insanlarla birlikdə artıb-çoxalıblar. Onların mövcudluğu dədə-babalarımızın gördüklərini qaya üstündə işlədikləri dövrə qədər gedib çıxır. Arxeoloji qazıntılardan tapılanlara diqqətlə baxsaq, bu “sürünənlər” irqinin işarələrini də görə bilərik. Yaponiya, Yunanıstan, Misir və Cənubi Amerikadakı arxeoloji tapıntılarda kərtənkələ bədənli insan fiqurları o qədər incəliklə işlənib ki, bu irqi dəqiq şəkildə təsvir etdiyini demək olar. Bəzilərində gövdə insana bənzəyib, alt hissə quyruqdan ibarət olub, bəzilərində isə kəllə sümüyü və bütövlüklə bədən “insan sürünəni” kimi görünür”.
El Romanın yazısını bura qədər oxuya-oxuya çatmışdım ki, içimdən gələn səs sanki soruşdu:
“Bəs, həqiqətən onlar dünyamızda yaşayıblarmı? Və hələ də yaşayırlarmı?” İçimdən gələn səslə müəllifin sonrakı cümlələri sanki üst-üstə düşdü.

Oxuduğum xarici mənbələrdə, xüsusən indigodergisi.com-da repitilianlar belə təsvir edilir:
Reptlianlar, təsvirlərlə sürünən varlıqlardır. Onların uzunsov kəllə sümükləri, iri, rəngarəng gözləri və donuq baxışları, dördbarmaqlı əlləri və ayaqları, bir qədər əyri skelet sistemi və qalın, pulcuğa bənzər zireh kimi dərisi var. Bədənlərini istədikləri formada və görünüşdə formalaşdıra bildikləri üçün onların əsl forması ilə qarşılaşmalarına nadir hallarda rast gəlinir”.
Bir çox mənbələr onların qan və müharibə ilə qidalandığını deyir. Başqa bir nəşr isə “sürünənlər”in insanlarla ünsiyyətdə və inandırmaqda kifayət qədər uğurlu olduqlarını yazır; İğtişaş və bədbəxtlik yaratmaqda, parçalamaq və ayırmaqda, nifrət və qəzəbi kütləyə çevirməkdə, medianı ələ keçirməkdə uğurlu rollar oynayırlar”.
Haqlarında “olduqca eqoist” kəlməsi işlədilən bu varlıqların dünyanı ələ keçirməkdə məqsədləri, bəşəriyyəti insani, mənəvi dəyərlərdən uzaqlaşdırmaq hissiz , duyğusuz insanlar cəmiyyəti yaradaraq onlara hökm etməkdir.
Mövzunun ən tanınan araşdırmaçılarından biri İngilis yazıçısı və idman jurnalisti Devid Ayk 1990-cı ildən başlayaraq özünü “nəyin və kimin dünyanı idarə etdiyini” araşdırmağa həsr edir və nəhayət bir çox inanılmaz həqiqətləri özündə əks etdirən “İnsanoğlu, ayağa qalx” adlı kirabını dərc etdirir.

Ayk qəti şəkildə sübut edir ki, dünya liderlərinin əksəriyyəti kərtənkələdirlər. Bu sırada hər iki Buş (ata və oğul), Hilari Klinton, Toni Bleer, bütün Rotşildlər və Rokfellerlər, həmçinin onların icrası ilə həyata keçirənbütün işlərin başında duranların məhz repitilanlar olduğunu demək olar.
Əntiqə Rəşid












