Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ölkəsinin Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb etdiyini təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, Suriya lideri bu barədə Fox News telekanalına müsahibəsində bildirib.
Aparıcının “Administrasiyanız devrilmiş prezident Bəşər Əsədi geri qaytarmaq üçün nə edir, bizim bildiyimiz qədər Moskvada xoşbəxt yaşayır” sualına cavabında Əhməd əl-Şaraa deyib ki, rusların fikri başqadır.
“Rusiya bu və ya digər şəkildə Suriya xalqına qarşı müharibədə iştirak edib. Ona görə də keçirilən danışıqların bir hissəsi axtarışda olan şəxslərin, o cümlədən Bəşər Əsədin Suriyaya təhvil verilməsi tələbi oldu. Rusiyalıların fikri fərqlidir. Lakin ədalət zəfər çalmalıdır”, – deyə Suriya prezidenti vurğulayıb.
Xatirə SADİQ












