İran və ABŞ yekun razılaşma mətnləri üzərində işləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazirin sözlərinə görə, Tehran və Vaşinqton arasında mübadilə olunan sənəd mətnləri hazırda tərəflər tərəfindən araşdırılır və yekun ifadələr üzərində iş aparılır.
“Biz və amerikalılar qarşılıqlı şəkildə təqdim etdiyimiz mətnləri nəzərdən keçiririk. Hazırda yekun formalaşdırma prosesi gedir”, – deyə Araqçi qeyd edib.
O vurğulayıb ki, İran və ABŞ arasında təmaslar kəsilməyib. Bununla belə, diplomat etiraf edib ki, indiki mərhələdə danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
Məhəmməd











