Çirkli pulların yuyulması ittihamı ilə həbs edilən "Qalatasaray"ın İdarə Heyətinin keçmiş sədr müavini və "NEF Holding" İdarə Heyətinin sədri Erden Timur azadlığa buraxılıb.
NOCOMMENT.az xəbər verir ki, Timur barəsində xaricə çıxış qadağası tətbiq olunub.
Futbolda mərc araşdırması çərçivəsində saxlanıldıqdan sonra çirkli pulların yuyulması ittihamı ilə həbs edilən keçmiş Erden Timur İstanbul Sülh Cəza Məhkəməsi tərəfindən xaricə çıxış qadağası və polis bölməsinə gedərək imza atma şəklində məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Timur 26 dekabr 2025-ci ildə futbolda mərc araşdırması çərçivəsində 29 nəfərlə birlikdə saxlanılmışdı. Daha sonra o, prokurorluğa çirkli pulların yuyulması ittihamı ilə göndərilmişdi. 29 dekabr 2025-ci ildə isə həbs edilmişdi.
Timur ifadəsində "Qanuni və ya qanunsuz mərc saytlarına üzvlüyüm yoxdur. Hər hansı bir şike hadisəsində iştirakım və ya şahidliyim olmayıb” demişdi.
Prokurorluq ifadəsində Timurdan qanunsuz mərc baronu Veysel Şahinə 2014–2015-ci illər arasında satdığı 24 mənzil də soruşulmuşdu. O isə cavabında "Mənzil satdığım insanların cinayət qeydlərinin olub-olmadığını bilməyim mümkün deyil. Satıldığı dövrdə Veysel Şahini tanıyan demək olar ki, heç kim yox idi. Onunla bağlı sual veriləcəyini heç düşünməmişdim” deyə bildirib./Qaynarinfo /











