Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşündə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün diplomatiyaya çağırıb.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS Türkiyə liderinin ofisinə istinadən xəbər verir.
İki prezident Cənubi Afrikada G20 sammiti çərçivəsində görüşüb. Ərdoğan ədalətli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Türkiyə də öz növbəsində Rusiya və Ukraynanı barışdırmaq üçün səylərini davam etdirir .
Bundan əvvəl Ərdoğanın noyabrın 24-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağı bildirilirdi.












