Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Finlandiya Prezidenti Aleksander Stubb ilə keçirdiyi görüşdə Türkiyənin regional və beynəlxalq gərginliklərin aradan qaldırılması istiqamətindəki diplomatik səylərini vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, NATO-ya üzv 32 ölkənin liderlərinin iştirak edəcəyi sammit ərəfəsində baş tutan bu görüşdə Ərdoğan ölkəsinin Ukraynadakı müharibənin və İran ətrafındakı böhranın dialoq yolu ilə həlli üçün fəal diplomatik fəaliyyət göstərdiyini bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Türkiyə həmçinin Qəzza zolağında davamlı atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması istiqamətində də səylərini davam etdirir.
Əli Səfərli,











