Messi iki rekorda imza atdı

Messi iki rekorda imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirlə matçda iki rekord müəllifi olub.

NOCOMMENT.az xəbər verir ki, argentinalı ulduz sözügedən oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb.

"Opta" nəşrinin məlumatına görə, o, bununla dünya çempionatlarında vurduğu qolların sayını 21-ə çatdıraraq turnirin tarixində ən yaxşı bombardir olub. Messi bu göstəricidə Miroslav Klozeni geridə qoyub.

Messi eyni zamanda mundiallardakı məhsuldar ötürmələrinin sayını 9-a yüksəldib və dünya çempionatları tarixinin ən yaxşı ötürmə müəllifi adına yiyələnib.

Qeyd edək ki, matç Argentina yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qol.az