Ermənistanda seçki günü kütləvi saxtakarlıqlar: Hüquq-mühafizə orqanları hərəkətə keçdi

Ermənistanda seçki günü kütləvi saxtakarlıqlar: Hüquq-mühafizə orqanları hərəkətə keçdi

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi başa çatmağa doğru irəlilədikcə, qanun pozuntuları və cinayət xarakterli faktların sayı kəskin şəkildə artıb. Seçki məntəqələrində qeydə alınan qanunsuzluqlar fonunda hüquq-mühafizə orqanları onlarla şəxsi saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın Daxili İşlər Nazirliyi seçki günü baş verən hüquq pozuntuları ilə bağlı rəsmi statistikanı açıqlayıb.

DİN-in məlumatına görə, seçki qanunvericiliyini pozmaqda şübhəli bilinən 14 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Ümumilikdə isə gün ərzində polisə müxtəlif xarakterli 57 rəsmi şikayət və məlumat daxil olub.

Qeydə alınan rəsmi qanun pozuntularının strukturu aşağıdakı kimidir:

19 halda təkrar səsverməyə cəhd (bir şəxsin bir neçə dəfə səs verməsi);

15 halda səsvermənin gizliliyinin pozulması;

2 halda vətəndaşların seçki hüququnun həyata keçirilməsinə mane olma;

1 halda seçiciyə rüşvət vermə (səs satın alma);

1 halda seçki məntəqəsində soyuq silah gəzdirmə faktı qeydə alınıb.

Nazirlikdən bildirilib ki, seçki prosesi zamanı qeydə alınan daha 198 mümkün qanun pozuntusu barədə daxil olan məlumat isə hazırda hüquqi araşdırma və yoxlama mərhələsindədir.

Eyni zamanda, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) seçici fəallığı ilə bağlı son məlumatları yeniləyib. Rəsmi statistikaya əsasən, saat 17:00-a olan vəziyyətə görə, ölkə miqyasında parlament seçkilərində səsvermə fəallığı 48,92% təşkil edib.

Əli Səfərli
NOCOMMENT.az