Xəbər verdiyimiz kimi ötən gün İslamabadda Ali Məhkəmə binasının yaxınlığında park edilmiş avtomobilin partladılması nəticəsində 12 nəfər həlak olub, 30 – yaxın insan isə yaralanıb.
Ötən gün həm də Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı. Qəzaya uğrayan “C130” hərbi nəqliyyat təyyarəsində 20 hərbçinin şəhid olduğu bildirildi.
Hər iki olay Azərbaycan xalqını həm üzdü , həm də düşündürdü. Adıgedən olaylar niyə məhz Bakıdakı hərbi paraddan sonra baş verməsi bəzi şübhə və ehtimallar yaradır.
Hər iki olay Azərbaycanın qürur günündə dost ölkələrin iştirakına cəza olaraq baş verə bilərmi?
Detallara baxaq: Hər iki qəza da, terror da günorta saatlarından sonra baş verib. Azərbaycan və Türkiyənin birliyini -qardaşlığı həzm edə bilməyən qüvvələrin olduğu onsuzda bəlli idi və təyyarə qəzasının video materialına baxarkən nəinki hərbi mütəxəssis, ən adi şəxs belə anlayır ki, bu qəzadan çox terror hadisəsinə bənzəyir. Çünki təyyarənin quyruq və baş hissəsi təyyarə hələ göydə olarkə parçalandı, motoru isə təyyarə yerə çırpılana qədər işlək vəziyyətdə idi.
Pakistandakı terror hadisəsini rəsmilər Hindistanın etdiyi ehtimalını irəli sürsələrdə , terror hadisəsinin məsuliyyətini Pakistan Talibanı kimi tanınan “Təhrik-i Taliban-i Pakistan” (TTP) öz üzərinə götürüb.
1989-cu ildə Əfqanıstanda sovet ordusuna qarşı döyüşənlərin sonradan -1994-cü ildə müdafiə xarakterli yaratdığı qrupu bir çox ölkələr terror qrupu kimi tanıdı. 2003-cü ildə isə Rusiya Talibanı terror qrupu elan etdi. Maraqlıdır ki, bu ilin aprel ayında Rusiya terror qrupunu terorçular siyahısından çıxartdı. Ondan əvvəl isə Putinin qurduğu MDB üzvləri Talibanı adgedən siyahıdan çıxartmışdılar. Beləki, 2023-cü ildə “Taliban” Qazaxıstandada terror təşkilatları siyahısından çıxarılıb, 2024-cü ilin sentyabrında isə Qırğızıstanın Baş Prokurorluğu respublikada qadağan olunmuş təşkilatların reyestrini yeniləyərək “Taliban”ı oradan çıxarıb. Eyni zamanda Əfqanıstanda taliblərin hakimiyyətini dünyada rəsmən tanıyan ilk ölkə Rusiyadır.
Politoloqlar isə bunu artıq yeni era adlandıraraq Rusiya ilə Talibançıların əməkdaş olduqlarını irəli sürüblər.
Əntiqə Rəşid












