Fransanın sağçı “Vətənpərvərlər” (Les Patriotes) partiyasının lideri Florian Filippo Fransanın Avropa İttifaqından çıxmasını təklif edib.
NOCOMMENT.az xəbər verir ki, o, Aİ üzvlüyünün ölkənin milli sənayesini tamamilə məhv edəcəyini deyib.
Sosial şəbəkə “X”də paylaşım edən Filippo yazıb:
“Yeni bir nümunə! ‘Frexit’ dərhal həyata keçirilməlidir!”
Bu bəyanat “Les Echos” qəzetində dərc olunmuş proqnozdan sonra səsləndirilib. Həmin proqnoza əsasən, 2028-ci ilədək Fransada sənaye istehsalı 11 faiz azalacaq. Filipponun fikrincə, Brüssel Fransanın sənaye gücünü “dağıdır” və “öldürür”, və buna dair artıq kifayət qədər sübut var.
Filippo Böyük Britaniyanın Aİ-dən çıxış prosesi olan “Brexit”i nümunə kimi göstərərək, Fransanın da oxşar addım atmasının vaxtının çatdığını vurğulayıb.











