Moskvanın "Balzi Rossi" restoranında baş verən partlayışda Rusiya Aerokosmik Qüvvələrinin komandanı Aleksandr Çaykonun kürəkəninin öldüyü iddia edilir.
Ukrayna mediası hadisə zamanı həyatını itirən şəxsin Danil Peredria olduğunu yazıb.
Məlumata görə, Peredrianın adına olan sənədlərdən biri etibarsız elan edilib. Bu faktın onun avqustun 1-də Moskvadakı restoranda baş verən partlayışda öldüyü barədə məlumatı təsdiqlədiyi bildirilib.
Qeyd olunub ki, sənədin etibarsız sayılması ilə bağlı məlumat dövlət məlumat bazalarında çərşənbə axşamı yayımlansa da, qərarın özü partlayışın baş verdiyi gün qəbul edilib.
Həmçinin onun ölümü barədə rusiyapərəst bloqer Anatoli Şari tərəfindən də məlumat yayıldığı qeyd edilib./milli.az/











