Fransa Prezidenti Emmanuel Makron rəsmi Parisin Hörmüz boğazında hərbi dəniz qüvvələri yerləşdirmək niyyətində olmadığını və bu məsələni "heç vaxt nəzərdən keçirmədiyini" bəyan edib. Makron hərbi güc nümayişi əvəzinə, regionun təhlükəsizliyinin İranın da iştirakı ilə koordinasiyalı şəkildə təmin edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, Fransa lideri su yolunun hər hansı bir tərəf — istər ABŞ, istərsə də İran tərəfindən bloklanmasına, eləcə də gəmilərin keçidi üçün ödəniş tələb olunmasına qəti şəkildə qarşı çıxdıqlarını bildirib. O, gəmiçilik azadlığının əsas prinsip olduğunu qeyd edib.
Qeyd edək ki, bu açıqlama İranın Hörmüz boğazında Fransa və ya Böyük Britaniya hərbi gəmilərinin görünəcəyi təqdirdə "qəti və dərhal cavab" veriləcəyi ilə bağlı xəbərdarlığından sonraya təsadüf edir. Makron bölgədə qoşun yerləşdirməkdən söhbət getmədiyini desə də, "biz hər ehtimala hazırıq" mesajını verməyi də unutmayıb.
Sara,












