Sumqayıtda DƏHŞƏTLİ qəza: Ölən var

Sumqayıtda DƏHŞƏTLİ qəza: Ölən var

Sumqayıtda mərkəzi küçələrindən birində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, yüksək sürətlə hərəkətdə olan avtomobil yolu müəyyən olunmamış hissədən keçmək istəyən piyadanı vurub. Zərbənin gücündən piyada ağır bədən xəsarətləri alıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb, polis əməkdaşları tərəfindən yolda hərəkətin tənzimlənməsi və qəzanın dəqiq səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma başlanılıb.

Sara