Güclü leysan səbəbindən Tiflis Beynəxalq Hava Limanında elektrik enerjisinin verilişi dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, həmçinin aeroport terminalının bir hissəsini su basıb.
Təhlükəsizlik məqsədilə sərnişinlər terminal binasından təxliyə ediliblər.
Məlumata görə, yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparılır.











