Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazının idarə olunması üzrə strateji plan layihəsinin təfərrüatları təqdim edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi öz mənbələrinə istinadən detalları dərc edib.

Layihəyə əsasən:

- ABŞ, İsrail və digər "düşmən ölkələrə" məxsus gəmilərin boğazdan keçidi qadağan ediləcək;

- İsraillə əlaqəli həm hərbi, həm də mülki yüklərin bu regiondan keçmə hüququ olmayacaq;

- "Müqavimət oxuna" qarşı fəaliyyətlərdə iştirak etmiş gəmilər və ya yüklər də qadağa altına düşəcək;

- İrana "zərər vurmuş" ölkələr və şəxslər həmin zərəri ödəməyənədək, Hörmüz boğazı və Fars körfəzindən keçid icazəsi ala bilməyəcəklər;

- "Qayda pozanlar" üçün böyük cərimələr, o cümlədən yükün dəyərinin 20%-dək məbləğində cərimələr nəzərdə tutulub;

- İran hökuməti silahlı qüvvələrlə əməkdaşlıq çərçivəsində naviqasiya, gəmilərin keçidinə nəzarət, Fars körfəzinin təhlükəsizliyinin və ətraf mühitinin mühafizəsinin təmin edilməsi kimi öhdəlikləri üzərinə götürməli olacaq.

Qeyd olunur ki, hazırda bu layihə ekspertlər tərəfindən təhlil olunma mərhələsindədir; onlar parlamentin tapşırığı ilə layihənin təkmilləşdirilməsi üçün öz təkliflərini təqdim edəcəklər.

Bundan əlavə, İran XİN-dəki mənbənin məlumatına görə, İran və Oman danışıqlar zamanı mövcud cənub və şimal dəhlizlərinin əvəzinə gəmilərin hərəkət edəcəyi "mərkəzi dəhliz"in yaradılmasını da müzakirə edirlər.