Hörmüzdə gəmi böhranı: 2000-dən çox dənizçi tələyə düşüb

Hörmüzdə gəmi böhranı: 2000-dən çox dənizçi tələyə düşüb

Hörmüz boğazında yaranan gərginlik fonunda Honkonqa məxsus onlarla gəmi strateji su yolunda sıxışıb qalıb. Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hext bölgədəki vəziyyətin kritik həddə çatdığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, assosiasiya rəhbərinin sözlərinə görə, hazırda boğazda Honkonq bayrağı altında üzən təxminən 100 gəmi hərəkətsiz qalıb. Hər gəmidə orta hesabla 23 heyət üzvünün olduğunu nəzərə alsaq, bu, ümumilikdə 2300 dənizçinin dənizdə çarəsiz vəziyyətdə qalması deməkdir.

Riçard Hext vurğulayıb ki, ABŞ və İran arasında mövcud olan atəşkəs rejiminə baxmayaraq, Hörmüz boğazından istifadə hələ də yüksək riskli olaraq qalır. Beynəlxalq gəmiçilik şirkətləri təhlükəsizlik zəmanəti olmadığı üçün strateji sularda hərəkət etməkdən çəkinirlər.