İran yeni ali lider təyin olunan Müctəba Xameneinin dövründə İsrailə qarşı ilk raket hücumunu həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, İranın dövlət televiziyası “Islamic IRIB” telekanalının məlumatına görə, hücum çərçivəsində raketlərin ilk dalğası buraxılıb. Paylaşılan görüntülərdə raketlərdən birinin üzərində “Sizin xidmətinizdəyəm, Seyid Müctəba” yazısı da nümayiş etdirilib.
Məlumata görə, hücum Müctəba Xameneinin atasının – İranın keçmiş ali lideri Əli Xameneinin varisi kimi təyin olunmasından qısa müddət sonra baş verib.
Sara
NOCOMMENT.az











