İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə baş verən etiraz aksiyaları zamanı 30 min nəfərin həlak olması ilə bağlı yayılan iddiaları təkzib edib.
NOCOMMENT.az xəbər verir ki, nazir bildirib ki, bu cür rəqəmlər həqiqəti əks etdirmir:
“Bəzən 30 min, bəzən isə 50 min nəfərin öldüyünü iddia edirlər. Bunların hamısı yalandır. Rəsmi qurumların açıqladığı məlumata görə, həlak olanların sayı 3 117 nəfərdir”.
Əraqçi həmçinin İranda rejim dəyişikliyi ilə bağlı səsləndirilən fikirləri də “xəyal məhsulu” adlandırıb:
“Rejim dəyişikliyi sadəcə fantaziyadır. Bəzi insanlar bu illüziyaya qapılıblar. Bizim sistem o qədər dərin köklərə və möhkəm əsaslara malikdir ki, ayrı-ayrı şəxslərin gedişi və gəlişi heç bir əhəmiyyət daşımır. Sistem yerində qalır və fəaliyyətini davam etdirir”.
Jurnalistin İranın Rusiya və Çindən hərbi dəstək alıb-almaması ilə bağlı sualına isə Əraqçi belə cavab verib:
“Doğrudanmı bu suala cavab verməyimi gözləyirsiniz?”
Aliyə












