ABŞ-ın Yellouston Milli Parkında dəhşətli hadisə yaşanıb. Nəhəng bizon yaşlı turisti hücuma məruz qoyaraq göyə tullayıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, yaşlı şəxs parka nəvəsi ilə birlikdə gəlib.
O, heyvandan təxminən 90 metr məsafədə dayanaraq özünü təhlükəsiz hiss etsə də, vəziyyət qəfil dəyişib. Bizon gözlənilmədən aqressivləşərək turistin ardınca qaçıb və onu buynuzları ilə təxminən 3 metr hündürlüyə qaldıraraq yerə çırpıb.
İlkin ehtimala görə, heyvanın aqressiyasına yaxınlıqdan keçən yük maşını səbəb olub.
Ağır xəsarət alan turist təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilsə də, həyatı üçün təhlükənin olmadığı qeyd olunur. Bizim.media











