İsrail ordusu Livanın cənubuna növbəti aviazərbələrini endirib.
NOCOMMENT.az xəbər verir ki, hücumlar nəticəsində Nəbatiyyə şəhərindən 4 kilometr cənub-şərqdə yerləşən Kəfar-Tebnit bələdiyyəsi hədəfə alınıb.
Yerli mənbələrin məlumatına görə, zərbələr nəticəsində ərazidə ciddi dağıntılar baş verib və yaşayış məntəqəsinə ziyan dəyib. Hazırda hadisə yerinə təcili yardım və xilasetmə qüvvələri cəlb edilib. İsrail tərəfi hücumla bağlı hələlik rəsmi açıqlama verməsə də, rəsmi Təl-Əvivin Livandakı "Hizbullah" hədəflərinə qarşı əməliyyatları davam etdirdiyi bildirilir.
Əli Səfərli,
NOCOMMENT.az












