Lavrovdan  Zelenskiyə Lukaşenko ilə bağlı ultimatum

Lavrovdan Zelenskiyə Lukaşenko ilə bağlı ultimatum

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusla bağlı bəyanatlarını şərh edib.

NOCOMMENT.az xəbər verir ki, Lavrov bu addımı birbaşa münaqişəni genişləndirmək cəhdi kimi qiymətləndirib:

"Bu, açıq-aşkar Belarusun birbaşa münaqişəyə cəlb olunmasına və döyüş əməliyyatlarının coğrafiyasının genişləndirilməsinə hesablanıb. Bununla da münaqişənin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi imkanları çətinləşdirilir", – deyə Rusiya XİN rəhbəri bildirib.

Lavrov xatırladıb ki, ötən ilin martından Moskva və Minsk arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilə qüvvədədir: "Zərurət yarandığı təqdirdə, biz müttəfiqimizin təhlükəsizliyini təmin etmək üçün müqavilədə nəzərdə tutulan bütün kompleks tədbirləri həyata keçirməyə hazırıq".

Əli Səfərli,
NOCOMMENT.az