İsrail İran ərazisində hərbi əməliyyatların ikinci mərhələsinə başlamağa hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İranın dərin yeraltı obyektlərində yerləşən ballistik raket infrastrukturlarına zərbələr endirməyə hazırlaşır.
Agentliyin məlumatında qeyd olunur ki, hücumların əsas hədəfi yerin dərin qatlarında yerləşdirilmiş raket kompleksləri və hərbi infrastrukturlar olacaq. Bu obyektlərin xüsusi şəkildə qorunduğu və yeraltı tunellərdə yerləşdiyi bildirilir.
Ekspertlərin fikrincə, belə obyektlərin vurulması üçün yüksək dəqiqlikli və güclü zərbə qabiliyyətinə malik silahlardan istifadə olunur.
Sara












