İsraildən təcili xəbərdarlıq: Bu əraziləri tərk edin!

İsraildən təcili xəbərdarlıq: Bu əraziləri tərk edin!

İsrail Ordusunun (CAXAL) ərəb dilində sözçüsü Aviçay Adraei İsfahanda yerləşən “C” sənaye meydançasında olanlara təcili xəbərdarlıqla müraciət edib. O bildirib ki, yaxın vaxtlarda həmin ərazidə hərbi infrastruktura zərbə endiriləcək.

NOCOMMENT.az xəbər verir ki, müraciətdə deyilir: “İsrail Müdafiə Qüvvələri tezliklə bu ərazidə yerləşən hərbi infrastruktura zərbə endirəcək. Hörmətli İran vətəndaşları, siz bu ərazini dərhal tərk etməlisiniz.”

Adraei əlavə edib ki, Maza kəndinin bütün sakinləri dərhal evlərinə daxil olmalı və səhərədək orada qalmalıdırlar. Həmçinin təhlükəsizlik məqsədilə hücumdan sonra İsfahandakı “C” sənaye meydançasına yaxınlaşmamaq tövsiyə olunub.

İran tərəfi xəbərdarlıqla bağlı hələlik rəsmi açıqlama verməyib. Regionda davam edən hərbi qarşıdurma fonunda tərəflər tərəfindən mülki əhaliyə ünvanlanan bu cür çağırışlar gərginliyin yüksək səviyyədə olduğunu göstərir.