İsrail Hərbi Hava Qüvvələri tərəfindən Tehran üzərinə bir sıra hava hücumları həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, hücumlar dünən gecə 19:40–20:15 aralığında baş verib. Aşağı hündürlükdə uçan qırıcıların paytaxtın müxtəlif istiqamətlərini intensiv şəkildə vurduğu bildirilir.
Partlayışlar şəhərin mərkəzi, şərq, qərb və şimal hissələrində, o cümlədən Mehrabad, Vəliəsr, Yusif Abad, Narmak, Tehranpars, Təcriş və Səadət Abadda, eləcə də Kərəc və Pərdisdə qeydə alınıb.
Məlumata görə, bombardmanlar 10–20 dəqiqə davam edib və fasiləsiz partlayışlarla müşayiət olunub. Yerli mənbələr həmçinin bəzi ərazilərdə yanğının və dağıntının yarandığını qeyd edir.
Aliyə
NOCOMMENT.az












