Balkanlardakı müharibə zamanı italyan hərbçilər dinc əhaliyə snayper atəşi açmaqla “əyləniblər”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri yazıb.
Yuqoslaviya qoşunları 1993-cü ildə Sarayevanı mühasirəyə alanda, ən azı, beş italiyalı dinc mülki əhalini güllələmək üçün pul ödəyib.
Milan prokuroru, terrorla mübarizə üzrə mütəxəssis Alessandro Qobbis bu “hərbi safari”də iştirak edən italyanları axtarmaq üçün ilk şahidləri çağırmağa hazır olduğunu bildirib.
Bosniyanın Milandakı konsulu Daq Dumrukçiç bildirib ki, hökumətinin istintaqla tam əməkdaşlıq edəcəyinə əmindir. “Biz bu cür qəddar hadisənin arxasındakı həqiqətin açılmasını və keçmişlə hesablaşmağı səbirsizliklə gözləyirik. Mən malik olduğum bəzi məlumatları müstəntiqlərə ötürəcəyəm”, – deyə diplomat vurğulayıb.
Xatirə SADİQ












