Naxçıvanda hakimiyyət savaşı: dövlət qəzeti 'Şərq qapısı'nın çapı dayandırılıb. Səlahiyyətli nümayəndəlik ilə Ali Məclis arasında gedən qarşıdurma qəzetin növbəti sayının çap olunmamasına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, "Gündəlik Naxçıvan"ın əldə etdiyi məlumata görə, Səlahiyyətli nümayəndə Ceyhun Cəlilovun göstərişi ilə mətbəəyə ödənilən əlavə çap xərcləri dayandırılıb. Ali Məclis isə buna cavab olaraq qəzetin çapını dayandırıb.
Mənbələrin sözlərinə görə, qarşıdurmanın əsas zərərini gecə növbəsində çalışan mətbəə işçiləri çəkiblər.
Onlara əlavə ödənişlər verilmədiyi üçün qəzeti çap etməkdən imtina ediblər.
İddialarla bağlı tərəflərin mövqeyi öyrənməyə çalışılsa da, münasibət bildirilməyib.











