Makronun qaldığı hotelin yaxınlığında güclü partlayış

Makronun qaldığı hotelin yaxınlığında güclü partlayış

Fransa Prezidenti Emmanuel Makronun rəsmi səfərdə olduğu Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik insidenti qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında iki partlayış baş verib.

"Al-Arabiya"ya istinadən yayılan məlumatlara görə, hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. Xatırladaq ki, Fransa Prezidenti Dəməşqə rəsmi səfərinə ötən gün axşam saatlarında başlayıb.