Onlara Rusiyaya getmək üçün viza verilməyəcək - ŞOK QƏRAR

Onlara Rusiyaya getmək üçün viza verilməyəcək - ŞOK QƏRAR

Slovakiya Respublikası Rusiya Federasiyasında fəaliyyət göstərən viza mərkəzi vasitəsilə rusiyalı turistlərə qarşı viza rejimində ciddi məhdudiyyətlər tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamaya görə, qurum demək olar ki, bütün səyahət kateqoriyaları üzrə Şengen vizası üçün müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırmaq barədə qərar qəbul edib.

Məhdudiyyət dövrü 2026-cı ilin yay aylarını əhatə edir. Qərara əsasən, 2026-cı ilin iyul və avqust ayları ərzində viza mərkəzinə müraciət edən şəxslərin sənədləri yalnız "İdman" məqsədli Şengen vizası üçün qəbul olunacaq. Digər bütün məqsədlərlə (turizm, biznes, şəxsi səfərlər və s.) viza almaq istəyən Rusiya vətəndaşlarının müraciətlərinə bu müddət ərzində baxılmayacaq.

Əli Səfərli,
NOCOMMENT.az