Məhkəmə Qareginin yaxın qohumları haqda qərar verdi 

Məhkəmə Qareginin yaxın qohumları haqda qərar verdi 

Ermənistan məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlunun həbs müddətini uzadıb. 

NOCOMMENT.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, Gevork Nersisyanın həbsi 2 ay, onun oğlu Ambarçumun həbs müddəti isə 3 ay artırılıb.

Qeyd edək ki, onlar 3 noyabr tarixində saxlanılıb və Vaqarşapatda keçirilən seçkilər zamanı “Respublika” partiyasının seçki təbliğatına mane olmaqda ittiham edilirlər.