Belarus Silahlı Qüvvələri ayrı-ayrı bölmələri döyüşə hazırlamaq üçün səfərbər etməyə başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Söz verdiyim kimi, biz bölmələri seçərək onları müharibəyə hazırlamaq üçün səfərbər edəcəyik. İnşallah, bundan qaça bilərik”, - Belarus lideri deyib.
O vurğulayıb ki, Minsk sülhə sadiq olsa da, ordu döyüşə hazır olmalıdır./Qafqazinfo/












