Mirzoyandan Lavrovla bağlı AÇIQLAMA

Mirzoyandan Lavrovla bağlı AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi İrəvana təqdim olunan etiraz notu ilə bağlı rusiyalı həmkarı Sergey Lavrovla hər hansı müzakirə aparmağı planlaşdırmır.

NOCOMMENT.az xəbər verir ki, mayın 12-də İrəvanda jurnalistlərin suallarını cavablandıran Mirzoyan Lavrovla mümkün danışıqlar barədə danışarkən, "Müzakirə üçün xüsusi bir mövzu görmürəm" deyə bildirib. Bununla belə, nazir Ermənistan tərəfinin rusiyalı tərəfdaşlarla daimi təmasda olduğunu da vurğulayıb.

Xatırladaq ki, mayın 7-də Ermənistanın Moskvadakı səfiri Gurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış üçün tribuna verilməsinin "qətiyyən qəbulolunmaz" olduğu səfirin diqqətinə çatdırılıb.