Elektrik naqili cins heyvanın tələf olmasına səbəb oldu – FOTO

Elektrik naqili cins heyvanın tələf olmasına səbəb oldu – FOTO

Cəlilabadda cins heyvan elektrik naqilinin qurbanı olub.

NOCOMMENT.az Cənub Bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Privolnoye kəndində qırılaraq yerə düşən elektrik naqili cins heyvanın tələf olmasına səbəb olub. Hadisə kənd sakini Bariz Məhərrəmova məxsus heyvanların örüş sahəsinə aparılması zamanı baş verib. Belə ki, küçədə qırılaraq yerə düşən elektrik naqili heyvana toxunub və nəticədə cins heyvan tələf olub.

Təsərrüfat sahibinin sözlərinə görə, tələf olan heyvanın dəyəri 4 min manata yaxın olub. Bildirilib ki, sözügedən elektrik xəttində çoxsaylı qüsurlar mövcuddur və həmin ərazidə elektrik naqillərinin qırılaraq yerə düşməsi halları mütəmadi olaraq baş verir.

Kənd sakinləri deyir ki, köhnə elektrik xətləri təkcə heyvanlar üçün deyil, insanlar üçün də ciddi təhlükə yaradır. Onlar köhnəlmiş elektrik xətlərinin və dirəklərinin yeniləri ilə əvəz olunmasını istəyirlər.

Sakinlər onu da deyir ki, problem aradan qaldırılmadığı təqdirdə, gələcəkdə daha da ciddi və arzuolunmaz fəsadların baş verməsi qaçılmaz olacaq.